[b]“Qəbələ” qələbə qazansa...[/b]
26.07.2017 - 16:35
[b]“Qəbələ” qələbə qazansa...[/b]

Avropa Liqasının sabah keçiriləcək III təsnifat mərhələsinin ilk oyununda “Panatinaikos”la qarşılaşacaq “Qəbələ” yubileyin astanasındadı. Apasport.az saytının məlumatına görə, Yunanıstan təmsilçisi ilə səfər görüşündə əldə olunacaq qələbə “qırmızı-qaralar” üçün avrokuboklarda yubiley uğuru olacaq.

 

Belə ki, Roman Qriroqçukun yetirmələri qitə miqyaslı turnirlərdə indiyədək 9 dəfə qalib gəlib. Bu qələbələrin hamısı ukraynalı mütəxəssisin rəhbərliyi altında əldə olunub.

 

Yalnız Avropa Liqasında çıxış edən “Qəbələ” 2014/15 mövsümündə debüt etdiyi yarışda 32 matç keçirib. Bu görüşlərdən 9-da qalib gələn əyalət təmsilçisi 7 bərabərliklə kifayətlənib. Qələbə sayında 10-un bir addımlığında olan “qırmızı-qaralar” 16 dəfə məğlubiyyət acısı yaşayıb.

0