[b]Qardaşı oğlunu xilas etmək üçün karyerasını bitirdi - FOTO[/b]
26.07.2017 - 17:16
[b]Qardaşı oğlunu xilas etmək üçün karyerasını bitirdi - FOTO[/b]

Argentinalı futbolçu Alexandro Benitez nümunəvi addımla gündəmə gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, aşağı liqada çıxış edən oyunçu həyat xilas etmək üçün karyerasını başa vurub.

 

Məsələ burasındadı ki, “Larroke” klubunda çıxış edən futbolçunun 9 aylıq qardaşı oğlu Milonun durumu anidən ağırlaşıb və həkimlər təcili qaraciyər transplantasiyasına ehtiyac olduğunu bildiriblər. Müayinə nəticəsində xəstənin atasının qaraciyəri ona düşməyib, anasının isə ürəyindəki problemə görə əməliyyatın riskli olduğu vurğulanıb.

 

Maraqlıdı ki, testdən keçən Benitesin qaraciyəri qardaşı oğluna düşüb. Ancaq həkimlər Lulo ləbəqli futbolçuya əməliyyata girəcəyi təqdirdə karyerasını bitirmək məcburiyyətində qalacağını deyiblər. Düşünmədən razılıq verən Benites əməliyyat masası arxasında uzanıb.

 

Ümumilikdə 19 saat sürən donorun və xəstənin əməliyyatı uğurlu keçib. Həkimlər Milonun vəziyyətinin stabil olduğunu və həyati təhlükəsinin qalmadığını bildiriblər.

0