[b]“Sumqayıt” Boluda iki qrupa bölündü[/b]
27.07.2017 - 00:08
[b]“Sumqayıt” Boluda iki qrupa bölündü[/b]

2017/18 mövsümünə Türkiyədə hazırlaşan “Sumqayıt” günü iki məşqlə başa vurub. Apasport.az saytının məlumatına görə, Bolu toplanışının 12-ci gününün səhər məşqi saat 10:30-da start götürüb və futbolçular hazırlıq zamanı iki qrupa bölünüb.

 

“Adana Demirspor”la matçda meydana çıxan futbolçular yüngül qaçışla kifayətlənib, digər qrup isə toplu çalışmalara üstünlük verib.

 

“Kimyaçılar”ın axşam məşqi isə saat 18:30-da start götürüb. İkinci hazırlıqda komanda toplu çalışmalara və taktiki gedişlərə üstünlük verib. Məşqə iki tərəfli oyunla yekun vurulub.

0