[b]Millimiz Qazaxıstana qalıb gəldi[/b]
27.07.2017 - 08:52
[b]Millimiz Qazaxıstana qalıb gəldi[/b]

Qadınlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, millimiz Qazaxıstanla qarşılaşıb.

 

“Dalğa Arena”da baş tutan görüşün taleyini 1 qol həll edib. Belə ki, qarşılaşma millimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qolu matçın 56-cı dəqiqəsində Merve Özdemir vurub.

 

Qeyd edək ki, iyulun 29-da “Dalğa Arena”da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

 

Mənbə: affa.az

0