[b]“Zirə”dən ayrıldı, Macarıstan klubuna keçdi[/b] - FOTO
27.07.2017 - 09:17
[b]“Zirə”dən ayrıldı, Macarıstan klubuna keçdi[/b] - FOTO

Ötən mövsüm başa çatan kimi “Zirə”dən ayrılan Akim Latifunun yeni klubu müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, nigeriyalı müdafiəçi karyerasını Macarıstanda davam etdirəcək.

 

Belə ki, 27 yaşlı futbolçu bu ölkənin “Honved” klubu ilə razılığa gəlib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb. Məlumatı macarlar rəsmi sayt vasitəsilə açıqlayıblar.

 

Latifu “Zirə”yə bu ilin əvvəlində “Alanyaspor”dan keçmişdi.

 

Qeyd edək ki, müdafiənin mərkəzində və sağ cinahında oynamağı bacaran futbolçu Nigeriya yığmasında 2 oyun keçirib.

0