[b]Yığmamız Andorraya uduzdu[/b]
27.07.2017 - 09:24
[b]Yığmamız Andorraya uduzdu[/b]

16 yaşadək basketbolçular arasında Avropa çempionatının C divizionunda qrup mərhələsinin IV turunun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Andorrada keçirilən yarışın B qrupunda mübarizə aparan Azərbaycan yığması növbəti oyununa çıxıb.

 

Elşən Yusubovun yetirmələri meydan sahibləri ilə görüşüb. Gərgin keçən matçda andorralılar qalib gəlib – 67:66. Millimizin heyətində Papuna Kirtadze hamıdan çox 28 xal toplayıb.

 

İlk turda Monakonu 74:63, ardınca isə Albaniyanı 78:66, ardınca San-Marinonu 90:62 hesabı ilə yenən yığmamız hələlik B qrupunun lideridi. Lakin bir oyun az keçirən andorralılar yığmamızın istirahət etdiyi bugünkü turda 1-ci pilləni ələ keçirə bilər.

 

0