“Bakı”nın məşqçisi Nepal milli komandasını çalışdıracaq
21.04.2008 - 12:52
“Bakı”nın məşqçisi Nepal milli komandasını çalışdıracaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakı” klubunun sabiq məşqçisi Nepal milli komandasının yeni çalışdırıcısı təyin olunub. “APA-Sport” agentliyinin məlumatına görə, paytaxt klubunda 3 həftə çalışan Tomas Flat Asiya ölkəsinin əsas yığmasına rəhbərlik edəcək. Martın əvvəlində ölkəmizə gələn, beş klubda uşaq futboluna nəzarət və məşqçi seminarları ilə məşğul olan almaniyalı “beşlik”dən biri artıq özünə nüfuzlu iş yeri tapıb. Martın 27-də Bakını tərk edən T.Flat onunla ölkəmizə gələn digər həmyerlilərindən fərqli, milli komandada çalışacaq. Almaniya mətbuatının Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun texniki məsləhətçisi kimi qələmə verdiyi mütəxəssis “Fortuna”nın gənclərdən ibarət komandasında başlayan məşqçi karyerasını Himalay dağlarında milli çalışdırmaqla davam etdirəcək. 43 yaşlı mütəxəssisin yeni komandası Fələstin, Makao və Kamboca ilə qarşılaşacaq. Qeyd edək ki, Nepal millisi FİFA reytinqində 183-cü yerdədir.
0