[b]Qitə çempionu müəyyənləşdi[/b]
27.07.2017 - 09:32
[b]Qitə çempionu müəyyənləşdi[/b]

Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi ölkələrinin (KONKAKAF) çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, KONKAKAF Qızıl kubokunun final oyununda ABŞ və Yamayka üz-üzə gəlib.

 

Yarışın ev sahibi olan ABŞ millisi həlledici qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib. Bu, yığmanın 6-cı qitə çempionluğudu.

 

III yer uğrunda matç keçirilmədiyindən Meksika və Kosta-Rika komandaları bürünc medala yiyələnib.

 

ABŞ millisi çempion olmaqla həm də Konfederasiyalar kubokunda mübarizə aparmaq üçün şans qazanıb. Onlar 2021-ci ilin turnirində iştirak etmək üçün 2019-cu ilin KONKAKAF çempionu ilə əlavə matç keçirəcək.

0