[b]“Panatinaikos”un ulduz transfer istəyi baş tutmadı[/b]
27.07.2017 - 10:53
[b]“Panatinaikos”un ulduz transfer istəyi baş tutmadı[/b]

“Qəbələ”nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos”un transfer istəyi baş tutmayıb. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, tanınmış futbolçu Maksi Rodriges Afina klubuna keçməkdən imtina edib.

 

“Panatinaikos” rəhbərliyinin bu yay heyətə qatmaq üçün uzun müddətdi danışıq apardığı 36 yaşlı hücumameyilli yarımmüdafiəçi Cənubi Amerikada qalıb. Belə ki, Argentina millisinin sabiq üzvü Uruqvay klubu “Penyarol”la anlaşıb. Rodriges yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, “Panatinaikos” rəhbərliyi bir müddət əvvəl Maksi Rodrigesin keçidini “Qəbələ” ilə ilk oyuna qədər həll etməyə çalışdığını bildirmişdi. 5 ildi formasını geyindiyi “Nyu Old Boys”la yollarını ayıran futbolçu “Penyarol”a havayı başa gəlib.

0