[b]“Neftçi” ilə oyundan sonra telefonum susmadı” [/b] - FOTO
27.07.2017 - 11:44
[b]“Neftçi” ilə oyundan sonra telefonum susmadı”  [/b] - FOTO

“Neftçi” ilə qarşılaşma sürətli tempdə keçdi. Görüş çox gərgin mübarizə ilə yadda qaldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniyanın “Şalke” klubunun futbolçusu Brel Embolo deyib.

 

İsveçrə yığmasının 20 yaşlı hücumçusu Avstriya toplanışı çərçivəsində “Neftçi”yə qarşı keçirilən yoxlama matçı haqda fikirlərini açıqlayıb: “Oyun sürətli keçdiyindən mən dəfələrlə ani vacib qərarlar qəbul etdim. Meydanda olduğum təxminən yarım saatda başla düşünmək çox vacib idi. Hava şəraitinə görə “Neftçi” ilə oyun suda döyüşə bənzəyirdi. Amma bir məsələ də var ki, havanı seçə bilmirsən. Mənim üçün belə havada oynamaq şən oldu. Matçdan öncə bu oyunda şans qazanacağımız biləndə sevincimdən xoşbəxt idim. Görüş bitəndən sonra isə telefonum susmadı. Dostlarım “Şalke”dəki növbəti matçıma çıxdığım üçün mənimlə birgə sevinirdilər”

 

Qeyd edək ki, güclü yağış altına keçən oyunda “Şalke” “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

0