[b]“Panatinaikos”un heyəti açıqlandı: 5 itki…[/b]
27.07.2017 - 11:53
[b]“Panatinaikos”un heyəti açıqlandı: 5 itki…[/b]

UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Panatinaikos”un heyəti müəyyənləşib. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Afina təmsilçisi bugünkü qarşılaşma üçün 21 futbolçu arasında seçim edəcək.

 

Belə ki, baş məşqçi Marinos Ozunidis UEFA-ya sifariş verilən 26 oyunçudan 5-ni görüşün iştirak ərizəsinə salmayıb. Qapıçı Luk Stil, müdafiəçilər Giorgos Kutroubis, Rasmus Telander və yarımmüdafiəçilər Lukas Villifanezlə Paskalis Staykos müxtəlif səbəblərdən bugünkü oyunu buraxacaqlar.

 

Qapıçılar: 1. Konstantinos Kotsaris, 99. Odisseas Vlaxodimos

 

Müdafiəçilər: 78. Osman Kulibali, 23. Niklas Hult, 31. Rodriqo Moledo, 6. Dimitrios Kolovetsios, 41. Stefanos Evengelu

 

Yarımmüdafiəçilər: 5. Nuno Reis, 10. Zeka, 17. Robin Lod, 21. Dimitris Kurbelis, 26. Xristos Donis, 39. Stefanos Çatzigiovannis, 18. Lusiano, 7. Omri Altman, 11. Brayan Kabezas, 46. Yannis Buzukis, 47. Dimitrios Emmanulidis

 

Hücumçular: 8. Gilyermo Molins, 49. Sotiris-Pantelis Pispas, 20. Lautaro Rinaldo

 

Qeyd edək ki, “Apostolos Nikolaidis” stadionunda keçiriləcək “Panatinaikos” - “Qəbələ” görüşü Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

0