[b]“İndiyədək Azərbaycan yığmasına çağırırlar” - FOTO[/b]
27.07.2017 - 14:39
[b]“İndiyədək Azərbaycan yığmasına çağırırlar”   - FOTO[/b]

“Azərbaycandan mənimlə dəfələrlə əlaqə saxlayıblar, milliyə dəvət ediblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Anji” klubunun futbolçusu Ayaz Quliyev deyib.

 

Rusiyanın aşağı yaş qrupları üzrə yığmalarının şərəfini qorumuş Azərbaycan əsilli futbolçu millimizin şərəfini qorumaq variantından danışıb. Quliyev hazırda yığma deyil, Premyer Liqa haqda düşündüyünü bildirib: “İndiyədək də çağırırlar. Amma mən hələ cavab vermirəm. Hazırda mənim ən vacib olanı oynamaq və Premyer Liqada möhkəmlənmək, inkişaf etməkdi. Sonra nə olacağını isə zaman göstərəcək”.

 

Qeyd edək ki, Moskva “Spartak”ının yetirməsi olan yarımmüdafiəçi müqavilə ilə paytaxt klubuna məxsusdu və icarə əsasında Mahaçqala təmsilçindən çıxış edir.

0