[b]“Trabzonspor”dan “Qəbələ”nin rəqibinə transfer[/b]
27.07.2017 - 16:31
[b]“Trabzonspor”dan “Qəbələ”nin rəqibinə transfer[/b]

“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi “Panatinaikos” daha bir futbolçuya “elçi düşüb”. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Afina təmsilçisi, xüsusən də, müdafiə xəttindəki problemi həll etməyə çalışır.

 

“Udineze”nin oyunçusu Qabriel Silva ilə anlaşmağa çox yaxın olan “Panatinaikos” bununla kifayətlənmək fikrində deyil. Baş məşqçi Marinos Ozunidis “Trabzonspor”un sol cinah müdafiəçisi Luis İbanyesi də ixtiyarında görmək niyyətindədi. Rəhbərlik argentinalı oyunçu üçün Türkiyə klubu ilə danışıqlara start verib. “Trabzonspor” tərəfi də bu keçidin əleyhinə deyil.

 

“Panatinaikos” həm Qabriel Silva, həm də Luis İbanyesin keçidini “Qəbələ” ilə cavab matçına qədər həll etməyə çalışan yunanlar Avropa Liqasında mərhələ adlayacaqları təqdirdə, onları pley-off üçün sifariş etməyi planlaşdırırlar.

 

Qeyd edək ki, “Qəbələ” ilə “Panatinaikos” arasında ilk oyun bu gün Afinada keçiriləcək.

0