[b]“Mançester Yunayted”dən “Anderlext”in futbolçusuna təklif[/b]
27.07.2017 - 18:42
[b]“Mançester Yunayted”dən “Anderlext”in futbolçusuna təklif[/b]

“Anderlext”in yarımnmüdafiəçisi Leander Dendonker karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı futbolçu “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

 

“Mankunianlar” Dendonkerin oyununu canlı izləmək üçün skautlarını Belçikaya göndəriblər. Premyer Liqa təmsilçisi ilk olaraq, “Çelsi”nin üzvü Nemanya Matiçlə danışıqlara başlasa da, bu keçidi həll etmək mümkün olmayıb. Nəticədə “qırmızı şeytanlar” Dendonkeri transfer etməyə qərar veriblər.  

 

Qeyd edək ki, “Anderlext”in yetirməsi olan Leander Dendonker 2013-cü ildən əsas komandanın formasını geyinir. 

0