[b]UEFA-dan xəbərdarlıq: Rekord yenilənə bilər[/b]
27.07.2017 - 18:18
[b]UEFA-dan xəbərdarlıq: Rekord yenilənə bilər[/b]

Avrokuboklar tarixinin ən uzun səfəri gerçəkləşə bilər. Apasport.az saytının məlumatına görə, rekordun yenilənməsi ehtimalı barədə xəbərdarlıq UEFA-dan gəlib.

 

Qurumun rəsmi saytı “Maritimo” və “Astana”nın qarşılaşmaq ehtimalını nəzərə alıb. Əgər sonuncular Çempionlar Liqası ilə vidalaşsa, Portuqaliya klubu isə Avropa Liqasında irəliləsə, onda komandaların görüşməsi ehtimalı yaranacaq.

 

Qazaxıstan və Portuqaliya klublarının görüşü baş tutsa, rəqiblər səfər matçına 7 min 147 km məsafə qət etməli olacaq. Bununla da hazırkı rekord yenilənəcək.

 

Avrokuboklar tarixinin indiki rekordu da “Astana” və Portuqaliya təmsilçisinin oyunlarına təsadüf edib. Qazaxıstanlıların “Benfika” ilə duellərində hər komanda 6174 km yolu arxada qoyub. Bu hadisə 2015/16 mövsümündə qeydə alınıb.

0