[b]“İnter” debütantla qarşılaşacaq[/b]
27.07.2017 - 19:43
[b]“İnter” debütantla qarşılaşacaq[/b]

“İnter” növbəti mövsümə hazırlığı davam etdirir. Apasport.az saytının məlumatına görə, paytaxt klubu hazırlıq çərçivəsində yoldaşlıq matçı keçirməyi planlaşdırır.

 

Belə ki, komanda iyulun 29-da 1-ci divizionda çıxış edəcək “Binə” ilə qarşılaşacaq.

 

Oyun saat 18.00-da başlayacaq və Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq.

0