[b]“Daha çox qol vura bilərdik” – “Panatinaikos”un baş məşqçisi[/b]
28.07.2017 - 01:46
[b]“Daha çox qol vura bilərdik” – “Panatinaikos”un baş məşqçisi[/b]

“Daha çox qol vura bilərdik. Ümumiyyətlə isə düşünürəm ki, yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un baş məşqçisi Marinos Uzunidis deyib.

 

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda öz meydanında “Qəbələ” ilə qarşılaşan Afina təmsilçisi minimalhesablı qələbəyə sevinib.

 

Görüş başa çatdıqdan sonra qısa açıqlama verən yunanların çalışdırıcısı cavab oyununun çətin olacağını bildirib: “Cavab qarşılaşması öncəsi kiçik üstünlüyümüz var. Ancaq rəqib çox təhlükəli komandadır. Kiçik bir boşluqdan yararlanmağı bacarırlar. Ona görə də Bakıdakı oyunda onlara belə imkanlar verməməliyik”.

0