Almaniya mətbuatı: “Foqts Almaniya ilə 40 dərəcə istidə qarşılaşmağı planlaşdırır”
21.04.2008 - 13:34
Almaniya mətbuatı: “Foqts Almaniya ilə 40 dərəcə istidə qarşılaşmağı planlaşdırır”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Berti Foqtsun Almaniya yığması ilə oyunla bağlı planı var: 2009-cu il avqustun 19-da keçirilən oyun saat 15.00-da – 40 dərəcə istidə keçirilsin”. “APA-Sport” agentliyinin məlumatına görə, Almaniya mətbuatı Azərbaycan milli komandasının 62 yaşlı baş məşqçisinin planlarını müəyyənləşdirib. B.Foqtsun həmyerliləri millimizin perspektivini dəyərləndirib: “Azərbaycan yığmasından öz meydanında hər şey gözləmək olar. Foqts Almaniya ilə oyundakı sensasiya xəyalını gerçəkləşdirmək üçün iki braziliyalı futbolçunu milliləşdirmək istəyir. Bunun üçün onların cəmi iki il Azərbaycanda yaşaması kifayətdir”. Almaniyalılar ölkəmizdə futbolun maddi mənada öndə olduğunu vurğulamaqla yanaşı, maraqlı ehtimal da irəli sürüb: “Orada futbola böyük dəyər verirlər. Adi vətəndaşın normal yaşaması üçün 350 avronun kifayət etdiyi ölkədə peşəkar futbolçular orta hesabla 12000 avro qazanır. Azərbaycanda milli komandanın 30 minlik paytaxt stadionundan Lənkərana köçəcəyi müzakirə olunur”.
0