[b]“Neftçi” legionerini icarəyə verdi[/b]
28.07.2017 - 10:27
[b]“Neftçi” legionerini icarəyə verdi[/b]

Daha bir futbolçu “Neftçi”ni tərk edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, söhbət yarımmüdafiəçi Edson Kastilyodan gedir.

 

Venesuelalı futbolçu karyerasını ölkəsi Venesuelada davam etdirəcək. 23 yaşlı futbolçu “Mineros Quayana” klubuna icarəyə verilib. Müqavilə ilə “ağ-qaralar”a məxsus olan Kastilyo bu ilin sonuna qədər Puerto-Ordas şəhəri təmsilçisinin formasını geyinəcək.

 

Qeyd edək ki, Edson Kastilyo “Neftçi”yə ötən ilin yayında məhz “Mineros Quayana”dan keçib.

0