[b]“Bəhrəsini çempionatda görəcəyik”[/b]
28.07.2017 - 13:38
[b]“Bəhrəsini çempionatda görəcəyik”[/b]

“Türkiyəyə yollanmamışdan öncə Bakıda yüngül formada hazırlıq keçmişdik. Ərzurumda isə artıq bilirdik ki, bizi ağır məşqlər gözləyir. Çünki xaricdəki toplanış hazırlığımızın əsas hissəsi olmalı idi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev deyib.

 

Klubun saytına danışan müdafiəçi Ərzurum toplanışını dəyərləndirib.

 

O, ölkə xaricində keçirilən hazırlıq prosesinin komandaya xeyirli olacağını deyib: “Məşqlər ağır olsa da, canla-başla verilən tapşırıqları, üzərimizə düşən işi yerinə yetirməyə çalışdıq. Hazırlıq yaxşı keçdi. Ayaqlarımızda ağırlıq vardı, bu da ki, normal haldı. Fiziki yükləmədən sonra vəziyyət belə olmalıdı. Bu səbəbdən yoxlama oyunları da bizim üçün ağır keçdi, çətinliyimiz oldu. Maşallah, uşaqlar da pis oynamadılar, özlərini göstərməyə çalışdılar. İstər yenilər olsun, istərsə də köhnə futbolçular, hamı ürəklə çalışdı. Mütləq bunun bəhrəsini çempionatda görəcəyik”.

0