[b]“Qarabağ”ın istədiyi futbolçu: Mənimlə bağlı planlarını bilirəm[/b]
28.07.2017 - 13:47
[b]“Qarabağ”ın istədiyi futbolçu: Mənimlə bağlı planlarını bilirəm[/b]

“Özümü yaxşı formada hesab edirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Türkiyənin “Gənclərbirliyi” klubunun hücumçusu Tokelo Rantie deyib.

 

Yay fasiləsində adı “Qarabağ”la birgə hallanan CAR yığmasının futbolçusu gələcək karyerası ilə bağlı yekun qərarını verib. O, Azərbaycan çempionunun təklifinə baxmayaraq, karyerasını hazırkı komandasında davam etdirməyi üstün tutub.

 

Klubun saytına açıqlama verən Rantie ötən mövsüm dil məsələsi ilə bağlı sıxıntı yaşadığını desə də, artıq bu problemi yoluna qoyduğunu bildirib: “Mövsümöncəsi Ankara və Hollandiya toplanışları mənim üçün çox yaxşı alındı. “Gənclərbirliyi”ndə hamı bir ailə kimidi. Bu amil məni məmnun edir. Kollektivdə istiqanlı insanlar toplaşıb. Türkiyədə mənə dil məsələsi çətinlik yaradırdı. Fərqli ölkə, fərqli mədəniyyətə gəlmişdim. Artıq bu problemi geridə qoyduğumu düşünürəm”.

 

Rantie “Gənclərbirliyi”nin prezidenti Ümit Ozatla münasibətinin yaxşı olduğunu və onun rəhbərliyi altında daha güclü futbolçuya çevrildiyini qeyd edib: “Son vaxtlar qollar vurmağa başlasam da, oyunum Ümit Ozatın gəlişindən sonra yaxşılaşdı. Onun mənə inanması çıxışıma müsbət təsirini göstərdi. Hazırda baş məşqçinin mənimlə bağlı planlarını, məndən nə gözlədiyini bilirəm. Komanda yoldaşlarımın və klubdakı digər insanların verdiyi dəyər burada sevildiyimi göstərir. Azarkeşlər yeni mövsümdə daha güclü Rantie görəcəklər”.

 

 

0