[b]“Neftçi”dən yeni transfer - FOTO[/b]
28.07.2017 - 15:48
[b]“Neftçi”dən yeni transfer - FOTO[/b]

“Neftçi” mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-qaralar” müdafiə xəttini gücləndiriblər.

 

Belə ki, paytaxt təmsilçisi xorvatiyalı Mateo Mujeklə müqavilə bağlayıb. Razılaşmaya əsasən, 22 yaşlı futbolçu qarşıdakı 2 ili “Neftçi”nin heyətində keçirəcək. Mujekin son klubu Sloveniya "Rudar”ı olub.

 

Qeyd edək ki, “Neftçi” buna qədər Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Rəşad Əzizli və Elnur Cəfərovu heyətinə qatıb.

0