[b]“Bir qol “Qəbələ”nin ümidini kəsəcək” - Dmitrios Kolovetsios[/b]
28.07.2017 - 16:37
[b]“Bir qol “Qəbələ”nin ümidini kəsəcək” - Dmitrios Kolovetsios[/b]

“Doğma meydanda qələbə qazanmaq çox yaxşı oldu. Rəqib üzərində qurduğumuz təzyiq bəhrəsini verdi”. Apasport.az saytının məlumatına görə, bunu “Panatinaikos”un mərkəz müdafiəçisi Dmitrios Kolovetsios deyib.

 

Yunanıstan təmsilçisi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk matçında öz meydanında “Qəbələ” üzərində 1:0 hesablı qələbə qazanıb.

 

Bu nəticədən məmnun olduğunu bildirən 26 yaşlı oyunçu cavab görüşündə də qol vurmağa çalışacaqlarını vurğulayıb: “1:0 hesablı qələbə cavab qarşılaşmasında müdafiə və hücum xətlərində balansı qorumaq üçün yaxşı nəticədi. Məncə, üzərimizə düşən vəzifənin öhdəsindən gələ bildik. Bu cütlüyün taleyinə Bakıdakı matçda aydınlıq gələcək. Əldə etdiyimiz üstünlükdən maksimum yararlanmalıyıq. Fikrimcə, orda vuracağımız bir qol rəqibin ümidini tamam kəsəcək”.

 

Qeyd edək ki, “Qəbələ” Yunanıstan klubu ilə cavab görüşünü avqustun 3-də 8-ci km qəsəbə stadionunda keçirəcək.

0