[b]“Milan” çempion ola bilməyəcək” – Andrea Pirlo[/b]
28.07.2017 - 16:43
[b]“Milan” çempion ola bilməyəcək” – Andrea Pirlo[/b]

İtaliya yığmasının sabiq futbolçusu Andrea Pirlo maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, uzun illər şərəfini qoruduğu “Milan”ın A seriyasının yeni mövsümündəki çempionluq şansını dəyərləndirib.

 

Pirlo “rossonyerlər”in bu missiyanın öhdəsindən gələ biləcəyinə inanmır. Belə ki, təcrübəli yarımmüdafiəçi digər sabiq klubu “Yuventus”un titulunu qoruyacağını düşünür: “Milan”a 10-a yaxın yeni futbolçu gəlib. Kollektivin uzun müddət bir yerdə oynaması lazımdı. Bu proses başa çatdıqdan sonra “Milan” “Yuventus”a əsl rəqib olacaq. Baş məşqçinin qarşısında çətin tapşırıq dayanır. Futbolçuların eyni hədəf uğrunda mübarizə aparmağına nail olmağı nəzərdə tuturam. Məhz bu səbəbdən yeni mövsümdə “Milan”ın Skudetto uğrunda yarışacağını düşünmürəm. Çempion yenə “Yuve” olacaq”.

 

Qeyd edək ki, 2001-2011-ci illərdə “Milan”ın, 2011-2015-ci illərdə isə “Yuventus”un formasını geyinmiş Andrea Pirlo hazırda ABŞ-ın “Nyu York Siti” komandasında çıxış edir. 

0