[b]İkisi oynadı, beşi qazandı[/b]
28.07.2017 - 18:53
[b]İkisi oynadı, beşi qazandı[/b]

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarından sonra klubların reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda Avropanın 442 komandası yer alıb.

 

Avrokuboklarda mübarizəni davam etdirən “Qarabağ”la “Qəbələ”nin xal hesabı dəyişməyib. Ağdamlılar 16,000 xalla 75-ci, “Qəbələ” isə 5,250 xalla 168-ci yerə şərikdi.

 

Digər komandalarımızın da mövqeyi dəyişməyib. Lakin həmin klubların hərəsi 0,025 xal əldə edib. Cari mövsüm avrokuboklarda iştirak edən “Neftçi”, “İnter”, “Zirə”, həmçinin “Kəpəz”lə “Xəzər Lənkəran”ın xal hesabı 3,425-ə çatıb. Bu komandalar 248-ci yeri bölüşür.

 

Qeyd edək ki, cədvələ “Real” başçılıq edir – 134,000 xal.

 

Azərbaycan klubları UEFA reytinqində

75-78. “Qarabağ” – 16,000

168-169. “Qəbələ” – 5,250

248-252. “Neftçi” – 3,425

“İnter” – 3,425

“Xəzər Lənkəran” – 3,425

“Zirə” – 3,425

“Kəpəz” – 3,425

 

 

0