[b]UEFA-dan xəbərdarlıq: Heç kimə güzəşt olunmayacaq[/b]
29.07.2017 - 10:41
[b]UEFA-dan xəbərdarlıq: Heç kimə güzəşt olunmayacaq[/b]

UEFA maliyyə feyr-pleyi ilə bağlı yeniliklər edəcək. Apasport.az saytının məlumatına görə, qurum şərtləri daha da sərtləşdirmək niyyətindədi.

 

Bu isə klubların bahalı transferlər etməsini daha da çətinləşdirəcək. UEFA-nın lisenziyalaşma və maliyyə feyr-pleyi komissiyasının direktoru Andrea Traverso indiki durumdan narazılıqlarını bildirib: “Daim klublarla danışıqlar aparırıq. Onlar da transfer bazarının detallarını yaxşı bilir. Maliyyə feyr-pleyi şərtləri isə sərtləşdiriləcək. Heç kimə güzəşt olunmayacaq. Klublar transfer bazarında azad olacaq. Amma onların fəaliyyəti qaydalar çərçivəsindən kənara çıxmamalıdı”.

 

0