[b]Qurban Qurbanovun Tiraspoldakı mətbuat konfransının vaxtı açıqlandı[/b]
29.07.2017 - 12:29
[b]Qurban Qurbanovun Tiraspoldakı mətbuat konfransının vaxtı açıqlandı[/b]

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Şerif” – “Qarabağ” oyunu öncəsi keçiriləcək mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Moldova çempionlarının avqustun 1-də baş tutacaq qarşılaşmadan bir gün öncə hər iki komandanın çalışdırıcısı jurnalistlər önünə çıxacaq.

 

“Şerif”in baş məşqçisi Roberto Bordin və komandanın kapitanı Mateo Suşiç Bakı vaxtı ilə saat 15:00-da konfransa qatılacaq. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə saat 20:30-da “Şerif” İdman Kompleksinin konfrans zalında sualları cavablandıracaq.

 

Saat 20:00-da meydan sahibləri, 21:00-da isə Azərbaycan çempionu oyunöncəsi məşqə çıxacaq. Hər iki komandanın hazırlığının ilk 15 dəqiqəsi KİV üçün açıq olacaq.

0