[b]Futbol tarixinin ən yaxşıları[/b] - FOTOSESSIYA
29.07.2017 - 13:50
[b]Futbol tarixinin ən yaxşıları[/b] - FOTOSESSIYA

Futbol tarixinin ən yaxşı oyunçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Four Four Two”nun analitikləri 100 ən yaxşı futbolçusunun siyahısını yekunlaşdırıb.

 

Hər gün cədvəlin bir hissəsini açıqlayan mütəxəssislər ilk 4 yerin sahibinin də adına aydınlıq gətirib. Hollandiyalı əfsanə Yohan Kroyf “dördlük”də sonuncu olub.

 

İlk “üçlük”də isə daha məşhur simalar qərarlaşıb. Maraqlıdı ki, “Futbol Kralı” hesab edilən braziliyalı Pele yalnız 3-cü yeri tutub.

 

Karyerasını davam etdirənlər arasında ən yaxşılardan olan Lionel Messi isə 2-ci olub. Peleni qabaqlayan argentinalı yalnız həmyerlisindən geri qalıb.

 

Söhbət əfsanəvi Dieqo Maradonadan gedir. O, futbol tarixinin ən yaxşı oyunçusu elan olunub.

 

Qeyd edək ki, karyerasını davam etdirən daha bir ulduz Kriştianu Ronaldo 5-ci olub.

0