[b]“İnter” “Çelsi”yə qalib gəldi - VİDEO[/b]
29.07.2017 - 19:14
[b]“İnter” “Çelsi”yə qalib gəldi - VİDEO[/b]

Beynəlxalq Çempionlar Kuboku turnirində növbəti oyun keçirilib. Apasport.az saytının məlumatına görə, “Çelsi” ilə “İnter” üz-üzə gəlib.

 

Sinqapurda baş tutan görüşə fəal başlayan italyanlar ilk hissnin sonunda Yovetiçin qolu ilə önə keçiblər. Fasilədən sonra qapılara iki qol vurulub.

 

Əvvəlcə Perisiç fərqi artırıb, ardınca isə Kondoqbia meydanın mərkəzindən öz qapısını nişan alaraq londonluları sevindirib.

 

Matçda başqa qol olmayıb və “İnter” 2:1 hesablı qələbəyə sevinib.

 

Beynəlxalq Çempionlar Kuboku

29 iyul

 

“İnter” – “Çelsi” – 2:1

Qollar: Yovetiç, 45+3, Preisiç, 52 – Kondoqbia, 74 (öz qapısına)

0