[b]“Adam nankor olmaz, Rəsul!” – “Neftçi” rəsmisi[/b]
31.07.2017 - 11:46
[b]“Adam nankor olmaz, Rəsul!” – “Neftçi” rəsmisi[/b]

“Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdu ki, çörəyini yediyi “Neftçi” İdman Klubu haqqında mətbuata yalan açıqlama verib”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Neftçi” İdman Klubunun mətbuat xidmətinin rəhbəri Elnur Əşrəfoğluya məxsusdu.

 

Əşrəfoğlu Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvü Rəsul Çunayevin “Neftçi”dən ayrılmasına münasibət bildirib. O, feysbuk səhifəsində paylaşdığı statusda dünya və Avropa çempionunun maaş almadığı ilə bağlı iddiasını təkzib edib.

 

Əşrəfoğlu 26 yaşlı güləşçinin daha sərfəli təklif aldığı üçün bu addımı atdığını vurğulayıb: “Guya ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib. Əslində isə belə deyil. Hər ay “Neftçi”dən 2 min manat əmək haqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb. Bu gün isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyi barədə nəsə deyə bilmərəm, amma “Neftçi” İdman Klubu "cocuq" vaxtlarından bu günlərə kimi, hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul!”

0