SİZİN REKLAM BURADA

“Ölkəmin bayrağını Londonda dalğalandırmaq istəyirəm” - Ramil Quliyev

Azərbaycanlı atlet Ramil Quliyev avqustun 1-13-ü aralığında İngiltərənin paytaxtı Londonda keçiriləcək dünya çempionatında Türkiyə yığmasının heyətində mübarizə aparacaq. Apasport.az saytı xəbər verir ki, 27 yaşlı idmançı Türkiyə mətbuatına açıqlamasında hədəfinin medal qazanmaq olduğunu bildirib.

 

Dünya çempionatında 200 və 4x100 metr məsafəyə qaçışlarda gücünü sınayacaq Quliyev formasının zirvəsində olduğunu söyləyib: “Son iki ildə 50 yarışda iştirak etmişəm. 2017-ci il mənim üçün çox uğurlu keçir. Formamın zirvəsindəyəm. İnşallah, Londonda medal üçün qaçacam. Ölkəmin bayrağını orda dalğalandırmaq istəyirəm. Çox yaxşı hazırlaşmışam. Zədə və ya xəstəlik olmasa, yeganə hədəfim medal qazanmaq olacaq”.

 

Qeyd edək ki, Ramil Quliyev son iki ildə qatıldığı 50 yarışın 33-də hamını qabaqlayıb. İdmançı 2017-ci ildə iştirak etdiyi 25 yarışın hamısında finişə ilk “üçlük”də çatıb. O, 19 dəfə birinci, 5 dəfə ikinci, 1 dəfə də üçüncü yeri tutub.

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-25 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10