Xaqani Məmmədov: “Bakı” – “Karvan” oyununda qırmızı vərəqələri verməmək də olardı”
21.04.2008 - 18:09
Xaqani Məmmədov: “Bakı” – “Karvan” oyununda qırmızı vərəqələri verməmək də olardı”
Onun sözlərinə görə, quruma rəhbərlik etdiyi dövrdən sonra ilk turda hakimliklə bağlı ciddi problem olmayıb: “Hakimlər nəticəyə təsir edən səhvlər buraxmayıb. Əsas yenilik kimi həkimlərin meydana daxil olmasına ciddi nəzarət edilməsini qeyd etmək olar. “İnter” – “Qarabağ” matçında tibbi personal meydana girməyərək, futbolçulara kənarda yardım göstərdi. “Standard” – “Xəzər-Lənkəran” oyununda isə bu yalnız ikinci hissədə az halda müşahidə olundu. Beynəlxalq futbol qurumlarının tövsiyə etdiyi kimi, həkimlər futbolçulara meydan kənarda tibbi yardım göstərməlidir. Bu da oyunun tempinin aşağı düşməsinin qarşısını alır”. “Bakı” – “Karvan” (3:3) matçında vərəqələrin sayının çoxluğunu arzuolunmaz hesab edən X.Məmmədovun görüşü idarə edən gənc həmkarı Fariz Yusifova bəzi iradları var: “Əslində, oyun qaydaları baxımından Farizin verdiyi vərəqələrin hamısı düz idi. Sadəcə, görüşü xarakterini nəzərə almaq lazımdır. “Bakı” – “Karvan” matçı kobud xarakter daşımırdı və belə olan halda, qırmızı vərəqələri verməmək də olardı. Ancaq baş hakim matçın sonunda hər komandadan bir futbolçuya ikinci sarı vərəqə göstərməklə, onları meydandan çıxardı”.


0