[b]Yığmamızın oyunçusu medal qazanacaqlarına inanır - FOTO[/b]
03.08.2017 - 13:16
[b]Yığmamızın oyunçusu medal qazanacaqlarına inanır - FOTO[/b]

“Avropa çempionatı bizim üçün çox vacib bir yarışdı”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Şəfaqət Həbibova deyib.

 

Toppaylayıcı Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi Avropa çempionatına hazırlıq dəyərləndirib. O bildirib ki, artıq zədəsi geridə qalıb: “İslam Həmrəylik Oyunlarında əməliyyatdan sonra tam hazır olmadığıma görə komandaya əsas heyətdə kömək edə bilmədim. İndi isə özümü yaxşı hiss edirəm. Artıq bütün gücümlə məşq edirəm. İnanıram ki, Avropa çempionatında komandaya əlimdən gələn köməkliyi edə bilərəm. Avropa çempionatında medalçılardan biri olacağımıza ümid edirəm”.

0