Azərbaycan milli komandası Almaniya klubuna qalib gəlib
22.04.2008 - 11:34
Azərbaycan milli komandası Almaniya klubuna qalib gəlib
Bakı. Aqşin Əliyev - APA-Sport. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-17) Almaniyanın Frankfurt şəhərində keçirdiyi təlim-məşq toplanışına yekun vurulub. AFFA-nın Milli Komandalar Departamentinin rəisi Bəhruz Əsgərovun “APA-Sport” agentliyinə verdiyi məlumata görə, yeniyetmə futbolçularımız hazırlıq prosesi çərçivəsində son yoxlama matçında yerli “Offenbax”la qarşılaşıblar. Öncə məğlub duruma düşən Bernard Lippertin yetirmələri daha sonra istəklərinə çatıblar. Final fitinədək iki dəfə fərqlənən U-17 1990-cı il təvəllüdlülərdən ibarət Almaniya klubu üzərində qələbə qazanıb – 2:1. Yığmamız bu axşam vətənə dönəcək.
Qeyd edək ki, Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlaşan milli komandamız Almaniyadakı təlim-məşq zamanı “Vehen” (1:1) və “Ayntraxt”a (3:0) qarşı da mübarizə aparıb.
0