[b]Rusiyalı dünya çempionu Azərbaycanı əsas rəqib saymadı[/b]
07.08.2017 - 10:24
[b]Rusiyalı dünya çempionu Azərbaycanı əsas rəqib saymadı[/b]

“Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı bizim üçün ayrı bir döyüş olacaq. Bu turnirdə də kifayət qədər ciddi rəqiblərimiz var”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin voleybolçusu Svetlana Kryuçkova deyib.

 

İkiqat dünya çempionu olan libero sentyabrın 22-dən oktyabrın 1-dək Azərbaycan və Gürcüstanın ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatındakı hədəflərindən danıb. Azərbaycan yığmasını əsas rəqibləri sırasında görməyən Kryuçkova bildirib ki, hər bir matç çətin keçəcək: “Birinci sırada duran iddialı rəqiblərimiz Serbiya, Türkiyə və Hollandiya yığmalarıdı. Ümumiyyətlə, döyüşəcəyimiz bir çox komandalar var. İndidən finalda Rusiya və Serbiyanın qarşılaşacağını demək də mümkün deyil. Hər rəqib xarakter göstərə bilər. Buna görə də hər komandaya qarşı maksimum köklənməliyik”.

 

 

0