[b]Yığmamız Sloveniyada hazırlığı davam etdirir - FOTOSESSİYA[/b]
08.08.2017 - 09:45
[b]Yığmamız Sloveniyada hazırlığı davam etdirir - FOTOSESSİYA[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi komanda toplanışın son mərhələsinə Sloveniyanın Maribor şəhərində start verib.

 

İlkin olaraq fiziki hazırlıq keçəcək voleybolçularımız ardınca topla məşqlərə üstünlük verəcək.

 

Komandamızın yoxlama matçı keçirəcəyi rəqiblərin adları isə bugünlərdə dəqiqləşəcək.

 

Qeyd edək ki, millimiz toplanışa İtaliyada yekun vuracaq. Voleybolçularımız burda yerli yığma ilə sınaq oyunu da keçirəcək. 

0