[b]AÇ-2017: Ukrayna Bakıya gələcəyi tarixi açıqladı[/b]
08.08.2017 - 11:06
[b]AÇ-2017: Ukrayna Bakıya gələcəyi tarixi açıqladı[/b]

Qadın voleybolçulardan ibarət Ukrayna millisinin Bakıya gələcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının iştirakçısı olacaq komanda sentyabrın 19-da paytaxtımızda olacaq.

 

Bunu milli baş məşqçisi Qari Yeqizarov açıqlayıb. O bildirib ki, artıq komandanın hazırlıq proqramına tam aydınlıq gəlib. Avro-2017-yə Ukraynada hazırlaşacaq milli avqustun 14-28-də İvano-Frankovskidə, ayın 29-dan sentyabrın 17-dək Yujnuda məşq keçəcək. İlk mərhələdə 16 voleybolçu iştirak edəcəksə, sonradan Ümumdünya Universiadasında olan oyunçular da komandaya qoşulacaq.

 

Ukrayna millisi həmçinin yoxlama oyunları keçirəcək. Yujnu toplanışı zamanı 4 komandanın qatılacağı beynəlxalq turnirdə qüvvəsini sınayacaq Yeqizarovun yetirmələri Bakıya səfər öncəsi Türkiyəyə yollanacaq. Sentyabrın 17-də və 18-də “ay-ulduzlular”la 2 yoxlama oyunu keçirəcək ukraynalılar ölkəmizə də ordan gələcəklər.

 

Qeyd edək ki, Ukrayna C qrupunda Rusiya, Bolqarıstan və Türkiyə ilə qarşılaşacaq. 

0