Babak Rafatiyə kömək edəcək Babək Quliyev Türkiyəyə gedib
22.04.2008 - 14:08
Babak Rafatiyə kömək edəcək Babək Quliyev Türkiyəyə gedib
Bakı. Mehman Süleymanov – APA-Sport. AFFA-nın Hakimlər Komitəsi Azərbaycan kuboku uğrunda sabahkı cavab oyunlarına təyinatları açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Xəzər-Lənkəran” - “Qəbələ” matçını milli dərəcəli hakim Ceyhun Haşımov idarə edəcək. Ona Munis Abdullayev, Azər Məmmədov və Əfqan Həmzəyev yardımçı olacaq. “Şəfa” stadionunda baş tutacaq “İnter” – “Neftçi” görüşünə almaniyalı hakimlər təyinat alıb ki, Babak Rafatiyə Kay Vossla Holger Hençel kömək edəcək. Almaniyalıların briqadasında yenə azərbaycanlı FİFA hakimi yer alıb. Fariz Yusifov və Vüsal Əliyevdən sonra növbə Babək Quliyevə çatıb. Hazırda Türkiyədə olan 34 yaşlı FİFA hakimimiz oyuna qədər Bakıya qayıdacaq.


0