[b]“Neftçi”də yeni baş məşqçi: Komanda dünya çempionuna tapşırıldı[/b]
09.08.2017 - 13:07
[b]“Neftçi”də yeni baş məşqçi: Komanda dünya çempionuna tapşırıldı[/b]

Kişi voleybolçulardan ibarət “Neftçi” klubuna yeni baş məşqi təyin edilib. Apasport.az saytının məlumatına görə, ölkəmizin ən titullu komandası Ziya Rəcəbova həvalə olunub.

 

Məşqçi kimi həm qadınlar, həm də kişilər arasında Azərbaycan çempionatının qalibi olan 35 yaşlı mütəxəssislə 2017/2018 mövsümü üçün müqavilə imzalanıb. Paytaxt təmsilçisi “Rabitə” ilə Azərbaycan Super Liqasını və dünya çempionluğunu qazanan Rəcəbova böyük ümidlər bəsləyir. “Neftçi”nin 8 ildən sonra sonuncu mövsümdə itirdiyi titulu yeni məşqçi ilə qaytaracağı halda onunla müqavilənin uzadılması istisna olunmur.

 

2015/2016 mövsümündə “Azəryol”da baş məşqçi kimi debüt edən sabiq yığma üzvü millidəki işini də davam etdirəcək. O, əsas komandamızın uğurları üçün məşqçi kimi xidmət göstərəcək.

 

Qeyd edək ki, Rəcəbov “Azəryol”u tarixində ilk dəfə CEV kubokunun yarımfinalına yüksəldib. O, həmçinin bu komanda ilə Azərbaycan Super Liqasının “Dördlər finalı”nda da oynayıb. Rəcəbov “Telekom” və “Lokomotiv” klublarında da çalışıb. O, kişi voleybolçulardan ibarət “dəmiryolçular”la Azərbaycan çempionatının son çempionudu. 

0