[b]Növbəti dopinq problemi: İslamiada medalı əlindən alındı[/b]
09.08.2017 - 15:02
[b]Növbəti dopinq problemi: İslamiada medalı əlindən alındı[/b]

Bakıda keçirilən IV İslam həmrəyliyi Oyunlarının mükafatçısı Muhammad Şehzad Axtar dopinq problemi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə 10 m məsafəyə pnevmatik tapançadan atəş açmada üçüncü olan pakistanlı sərt sanksiyaya məruz qalıb.

 

Pakistanın Milli Antidopinq Komissiyası orqanizmində dopinq tapdığı idmançını 4 illik yarışlardan kənarlaşdırıb. O, qadağan olunmuş 2 preparatı qəbul etməkdə günahlandırılır. İdmançı həm də İslamiadada qazandığı bürünc medaldan məhrum olub.

 

Lakin snayper idmançı apelyasiya vermək hüququna malikdi.

 

Qeyd edək ki, Axtarın 3-cü olduğu növdə Ruslan Lunyov çempion titulunu qazanıb. 

0