[b]“Ramil iki dövlətin, bir millətin övladı kimi yarışdı” – Əziz Yıldırım[/b]
11.08.2017 - 10:18
[b]“Ramil iki dövlətin, bir millətin övladı kimi yarışdı” – Əziz Yıldırım[/b]

”Sevincimdən ağlamağım gəlir. Belə bir övladımızın dünya çempionu olması bizi qürurlandırır”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Fənərbaxça”nın prezidenti Əziz Yıldırım deyib.

 

Londonda keçirilən atletika üzrə dünya çempionatında Türkiyə yığmasını təmsil edən azərbaycanlı atlet Ramil Quliyev tarixi uğura imza atıb. O, 200 metr məsafəyə qaçışda bütün rəqiblərini arxada qoyaraq, Türkiyə idmanı tarixinə atletika üzrə ilk dünya çempionu kimi düşüb.

 

Ramilin şərəfini qoruduğu “Fənərbaxça” klubunun rəhbəri Əziz Yıldırım da bu uğura biganə qalmayıb. O, tarixi nailiyyətə imza atan Quliyevi tərifləyib.

 

Klubun televiziyasına danışan Yıldırım bunları deyib: “Ramilin bu uğuru Avropa çempionu olan basketbol yığmamızın nailiyyətindən daha artıqdı. Quliyev Türkiyə atletikasını bütün dünyada tanıtdırdı. Azərbaycan dövlətinə də təşəkkür etmək lazımdı. Ramil bu gün iki dövlətin, bir millətin övladı kimi yarışdı. Bizi qürurlandırdı. Dünyanın bütün televiziyalarında həm “Fənərbaxça”, həm də Türkiyənin adını eşitdirdi”.

0