[b]Əvvəl Yaponiya, sonra Azərbaycan[/b]
11.08.2017 - 11:04
[b]Əvvəl Yaponiya, sonra Azərbaycan[/b]

Qadın voleybolçulardan ibarət Rusiya milli komandasının Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatına hazırlıq proqramı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, avqustun 3-dən məşqlərə başlayan şimal qonşularımızın məsul yarış toplanışı necə davam etdirəcəyi bəlli olub.

 

Vladimir Kuzyutkinin baş məşqçisi olduğu komanda Anapada keçdiyi hazırlığı avqustun 14-də yekunlaşdıracaq. Bundan sonra paytaxta dönəcək ruslar Moskva ətrafındakı Novoqorskda sentyabrın 2-dək təlim-məşq toplanışı keçəcək.

 

Sentyabrın 5-10-da Rusiya millisi Yaponiyanın paytaxtı Tokioda baş tutacaq beynəlxalq Çempionlar Kubokunda çıxış edəcək. Çin, ABŞ, Braziliya, Yaponiya və Cənubi Koreyanın da qatılacağı yarış ruslar üçün Avro-2017 ərəfəsi ciddi sınaq olacaq.

 

Qeyd edək ki, ruslar qitə çempionatında oyunlarını Bakıda keçirəcəklər. Onlar Türkiyə, Bolqarıstan və Ukrayna ilə eyni qrupda yer alıblar. 

0