[b]“Qəbələ”dən səfər qələbəsi - YENİLƏNİB[/b]
12.08.2017 - 21:53
[b]“Qəbələ”dən səfər qələbəsi - YENİLƏNİB[/b]

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, yeni mövsümün ilk turunun ikinci günündə “İnter”lə “Qəbələ” qarşılaşıb.

 

Ötən mövsümün mükafatçıları “İnter Arena”da üz-üzə gəlib. Avropa Liqasında çıxışını başa vuran komandaların dueli qollarla başlayıb.

 

Belə ki, “Qəbələ” ilk 24 dəqiqədə rəqib qapısına 2 qol vurub. Meydan sahibləri isə yalnız fasilədən sonra qol sevinci yaşaya bilib. Paytaxt təmsilçisi qollardan birinin əvəzini çıxıb.

 

Qeyd edək ki, dünən start götürən çempionatın ilk oyununda “Neftçi” öz meydanında “Qarabağ”a uduzub – 1:3.

 

Azərbaycan Premyer Liqası

I tur


12 avqust (şənbə)

“İnter” – “Qəbələ” - 1:2

Qollar: Pərdis Fərcad-Azad, 70 - Elvin Məmmədov, 13, Filip Ozobiç, 24-pen.

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Asim Xudiyev
“İnter Arena”

 

“İnter”: 1. Orxan Sadıqlı, 27. Adrian Skarlatake, 3. Denis Silva (k), 33. Tərlan Quliyev, 22. Ilkin Qırtımov, 19. Mirhüseyn Seyidov, 20. Aqşin Quluzadə, 10. Elnur Abdullayev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad 

Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 4. Slavik Alxasov, 88. Məmməd Quliyev, 65. Cabir Əmirli, 77. Oleq Hüseynov, 66. Murad Qayalı, 99. Ricat Qarayev

Baş məşqçi:  Zaur Svanadze

 

“Qəbələ”: 22. Dmitri Bezatosnı, 3. Voislav Stankoviç, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyv Bultuis, 28. Stiven Jozef-Monroz

Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 9. Baqali Dabo, 12. Endi Hallidey, 16. Dion Omar Malone, 17. Roman Hüseynov, 34. Urfan Abbasov, 45. Famussa Kone, 77. Fərid Nəbiyev, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

0