[b]Elnur Cəfərov: Futboldan başı çıxmayanlardı - MÜSAHİBƏ[/b]
12.08.2017 - 00:30
[b]Elnur Cəfərov: Futboldan başı çıxmayanlardı - MÜSAHİBƏ[/b]

Azərbaycan Premyer Liqasının ilk oyununda “Qarabağ”a 1:3 hesabı ilə məğlub olan “Neftçi”nin yarımmüdafiəçisi Elnur Cəfərov apasport.az saytının əməkdaşnın da suallarını cavablandırıb:

 

- Uzun fasilədən sonra Premyer Liqada oynadınız. Fikrinizi bilmək istərdik...

- İlk oyunumuz idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. İstək böyük idi. Səhvlərimizdən qollar buraxdıq. Belə oyunda uğur qazana bilərdik, amma alınmadı.

 

- “Neftçi”nin komanda kimi tam formalaşmadığını demək olarmı?

- Yaxşı kollektivimiz var, sadəcə bunu meydanda göstərə bilmədik. Qarşıdakı oyunlarda bunu nümayiş etdirəcəyik.

 

- Niyə alınmadı oyununuz?

- “Qarabağ” çox güclüdü, yaxşı komandadı. Amma söhbət təkcə “Qarabağ”dan getmir. Qələbə qazana bilərdik. Hər şey əlimizdə idi, amma səhvlərimiz hər şeyi alt-üst etdi.

 

- Səhvlərin düzəldilməsi üçün nə qədər zamana ehtiyac var?

- Üzərimizdə çalışmalı, səhvlərdən nəticə çıxarmalıyıq. Bunu etsək, gələcək oyunlarda bəhrəsini görəcəyik.

 

- Sabiq “Xəzər Lənkəran”lı kimi özünüzü “Neftçi”də necə hiss edirsiniz?

- Peşəkar futbolçuyam, işimi görməyə çalışıram. Hansı komandanın olmasının fərqi yoxdu. Komandamın uğur qazanması üçün çalışıram.

 

- Azarkeşlərdən hansı narazılıqlar eşitmisiniz?

- Sosial şəbəkələrdən xəbərim yoxdu. Kənarda nəsə deyirlər. Futboldan başı çıxmayanlardı.

 

- Qələbə qazana biləcəyinizi dediniz. Halbuki qola qədər qapıya zərbəniz olmayıb. Bəs nəyə əsasən belə düşünürsüz?

-  Öz səhvlərimizdən uduzduq. Həmin səhvləri etməsəydik, oyunun gedişində dəyişiklik edə bilərdik.

 

- “Neftçi” bu oyunla medalçılar sırasına düşə biləcəkmi?

- Məqsədimiz budu. Əlimizdən gələni edəcəyik ki, yekunda mükafatçılar sırasına düşək. 

0