[b]Super Liqa start götürdü, futbolçularımız məğlubiyyətə üzüldü[/b]
12.08.2017 - 10:00
[b]Super Liqa start götürdü, futbolçularımız məğlubiyyətə üzüldü[/b]

Türkiyə Super Liqasında 2017/18 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, mövsümün açılış oyununda “Başakşəhər”lə “Bursaspor” üz-üzə gəlib.

 

Azərbaycan millisinin üzvü Dəniz Yılmaz və U-21 futbolçusu Ozan Can Kökcünün şərəfini qoruduğu Bursa təmsilçisi səfərdən məğlub dönüb. Belə ki, meydan sahibləri qarşılaşmanın taleyini 1 cavabsız qolla həll edib.

 

Futbolçularımızdan yalnız biri görüşün iştirakçısı olub. Dəniz start heyətdə meydana çıxıb və 90 dəqiqə mübarizə aparıb. Ozanın adı isə protokola daxil edilməyib.

 

Türkiyə Super Liqası

I tur

11 avqust

“Başakşəhər” – “Bursapsor” – 1:0

Eljero Elia, 21

0