SİZİN REKLAM BURADA

“Neftçi” prezidentləri üçün debüt: 3-cü uğursuzluq

Azərbaycan Premyer Liqasının I turunun “Qarabağ”la oyunu Bakının “Neftçi” klubu üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 8-ci km qəsəbə stadionundakı matç paytaxt təmsilçisi yeni prezidenti Orxan Hüseynzadə rəhbərliyi dövründə ilk rəsmi qarşılaşma kimi yadda qalıb.

 

“Ağ-qaralar” yeni rəhbərinin debütündə uğur qazana bilməyib. Öz meydanında 1:3 hesabı ilə uduzan bakılılar prezidenti məyus edib.

 

Əvvəlki prezidentlərinin ilk görüşlərinin nəticələrini xatırlamaq maraqlıdı. Hüseynzadəyədək “Neftçi”ni 6 prezident və 1 dəfə Müşahidə Şurası idarə edib. Həmin 7 debütü nəzərdən keçirək.

 

1. Aydın İbrahimov 
İlk prezidentin debütü SSRİ kubokuna təsadüf edib. 1989-cu il martın 7-də Bakının qonağı olan Minsk “Dinamo”su ölkə kubokunun 1/8 final mərhələsinin cavab matçında İbrahimovun debütünü iki cavabsız qolla korlayıb – 0:2.

2. Aqil Paşayev
1997-ci ilin iyulunda “Neftçi” Çempionlar Liqasında debüt edib. Prezidentin debütü də Bakıda gerçəkləşib. İyulun 23-də keçirilən matçda Polşanın “Vidzev” klubu da Minsk təmsilçisi kimi yeni prezidentin “siftə”sini 0:2 ilə korlayıb.

3. Ramiz Mirzəyev
2001-ci ildə UEFA kubokunda gerçəkləşən “siftə” yenə Bakıda baş tutdu. Paytaxt təmsilçisinin Sloveniyanın “HİT-Qoritsa” klubu ilə avqustun 9-dakı matçda bakılılar qol vura bilməsə də, öz qapısını da toxunulmaz saxladı – 0:0.

4. Rövnəq Abdullayev
2004-cü il martın 13-ü nəhayət ki, “Neftçi” prezidenti qələbəli debüt gördü. “Qarabağ-Azərsun”la çox vacib səfər oyununda paytaxt təmsilçisi 3:1 hesabı ilə qalib gəldi.


5. Əkbər Hacıyev
2008-ci il martın 15 bakılılar səfərdə “İnter”lə çox əhəmiyyətli çempionat matçına çıxıb. “Ağ-qaralar” ardıcıl ikinci dəfə prezidentinə qələbə bəxş edib – 2:0.


6. Sadıq Sadıqov
2009-cu il dekabrın 26-da “Simurq”la qarşılaşıb. Bakılılar əyalət klubunun müqavimətini qıra bilməyib.

 

7. Müşahidə Şurası

2015-ci il aprelin 1-dəki rəqib “Bakı” olub. “Ağ-qaralar” yeni üsuli-idarəni qələbə ilə sevindirib – 2:0.

 

Beləliklə, tarixə nəzər salsaq, “Neftçi” 3-cü dəfə rəhbərinin debütündə uduzub. İlk iki prezidentini (İbrahimov, Paşayev) məğlubiyyətə üzən “ağ-qaralar” sonuncu üuğursuzluğu 20 il öncə yaşamışdı. Sonrakı 5 rəhbərdən üçü qələbə (Abdullayev, Hacıyev, MŞ), ikisi heç-heçə (Mirzəyev, Sadıqov) ilə başlamışdı.

 

Qeyd edək ki, bu il iyulun 6-da “Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib. Təsisçinin qərarı ilə “İcraçı direktor” vəzifəsi ləğv edilib, “Prezident” və “Vitse-prezident” vəzifələri təsis edilib. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 10 8 1 1 17-4 25

2.

Zirə

11 7 3 1 19-8 24

3.

Qəbələ 11 7 1 3 16-11 22

4.

Sumqayıt

11 5 1 5 14-15

16

5.

Neftçi

11

4 1 6 12-11 13

6

Səbail 10 3 0 7 6-16 9

7.

Keşlə

11

2 2 7 8-17 8

8.

Kəpəz

11 2 1 8 7-17 7
               

 

Top 10