[b]“Arsenal”ın qapıçısı hokkey oynadı[/b]
12.08.2017 - 11:33
[b]“Arsenal”ın qapıçısı hokkey oynadı[/b]

“Arsenal”ın çexiyalı qapıçısı Petr Çex qeyri-adi addımı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, futbolçu özünü hokkeydə sınayıb.

 

O, həmyerlisi Martin Qavlatın vida matçında iştirak edib. Çexiya millisi və MHL-dan tanınan hücumçunun Brnodakı vida matçında bir hissə meydanda olan Çex təkcə top deyil, həm də şaybaları dəf etmək bacarığını göstərib.

 

 

 

0