[b]“Qarabağ”dan 3, “Neftçi”dən 1 ilk[/b]
12.08.2017 - 12:34
[b]“Qarabağ”dan 3, “Neftçi”dən 1 ilk[/b]

Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” – “Qarabağ” oyunu bir sıra ilklərlə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, ilk turun ilk günündəki ilk görüşdə Əliyar Ağeyevin verdiyi ilk fitdən sonra Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

 

4 qolun vurulduğu görüşdə eyni sayda da ilk yaşanıb. Maraqlıdı ki, burada da “Qarabağ” 3, “Neftçi” 1 ilkin müəllifi olub.

 

Ağdamlılar ilk qol, ilk dubl və ilk avtoqolla diqqət çəkib. Bakılılar isə ilk sarı vərəqəni passivlərinə yazıb.

 

Turun və ya çempionatın qarşıdakı görüşlərində bir neçə ilk gözlənilir. Penalti, qırmızı vərəqənin qeydə alınması daha inandırıcı olsa da, het-trik və pokerin də gerçəkləşməsi mümkündü.

 

İlk qol – Mahir Mədətov

İlk dubl – Mahir Mədətov

İlk sarı vərəqə - Uqo Barqas

İlk avtoqol – Rahid Əmirquliyev

0