[b]“Qarabağ” derbidə 75-ə çatdı[/b]
12.08.2017 - 13:53
[b]“Qarabağ” derbidə 75-ə çatdı[/b]

Azərbaycan Premyer Liqasının I turunun “Neftçi” – “Qarabağ” oyununda vurulan 3-cü qol yubiley xarakteri daşıyıb. Apasport.az saytının məlumatına görə, yubileyin müəllifi ağdamlıların 3:1 hesablı qələbə qazandığı görüşdə qonaqların 3-cü topuna imza atan Dino Ndlovu olub.

 

Belə ki, onun qolu “Qarabağ”ın Azərbaycan çempionatlarında “Neftçi”nin qapısından keçirdiyi 75-ci top olub. Bu oyunadək baş tutan 68 matçda 72 dəfə fərqlənən əyalət klubu 75-ə afrikalı legioneri ilə çatıb.

 

Qeyd edək ki, bütün ölkə çempionatlarının daimi iştirakçısı olan iki klubun iştirakı ilə baş tutan Azərbaycan derbilərində “Qarabağ” 26, “Neftçi” 18 qələbə qazanıb. 25 heç-heçə edən rəqiblərin duellərində 138 qol vurulub. “Qarabağ” 75, “Neftçi” 63 dəfə rəqib qapısına yol tapıb.

0