[b]“Ağ-qaralar” çilili müdafiəçi ilə anlaşdı[/b]
12.08.2017 - 14:14
[b]“Ağ-qaralar” çilili müdafiəçi ilə anlaşdı[/b]

Türkiyənin “Beşiktaş” klubu növbəti transferi gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Çili millisinin müdafiəçisi Qari Medeli sıralarına qatıb.

 

Cənubi amerikalı ilə 3 illik müqavilə imzalanıb. Medelin 2014-cü ildən çıxış etdiyi İtaliya “İnter”i bu keçiddən 3 milyon avro qazanıb.

 

Qeyd edək ki, çilili İtaliya klubunda 109 matç keçirib.

0